Avropa ölkələri Ukraynaya 30 min PUA verəcək

2025/01/1736490313.jpg
Oxunub: 487     10:18     10 Yanvar 2025    
Beyləxalq koalisiya Ukrayna ordusunun hərbi ehtiyaclarını ödəmək məqsədilə onu 30 mindən çox pilotsuz uçan aparatla (PUA) təmin edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Latviyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, 30 min dronun maliyyə resursları Britaniya, Danimarka, Niderland, Latviya və İsveçdən daxil olub.

Qeyd edilir ki, bundan əvvəl Pentaqon Ukraynaya növbəti 500 milyon dollarlıq hərbi yardım paketinin ayrılacağını bəyan etmişdi. Hərbi yardıma silah-sursat, F-16 qırıcıları üçün avadanlıq, zenit kompleksləri üçün raketlər və s. daxil olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin