Kanadanın hakim Liberal Partiyasının yeni lideri martın 9-da seçiləcək

2025/01/1736485913.jpg
Oxunub: 504     08:02     10 Yanvar 2025    
Kanadanın hakim Liberal Partiyasının lideri və ölkənin Baş naziri Castin Trüdo vəzifəsindən istefa verib.

Ordu.az xəbər verir ki, yanvarın 6-da istefa verən Trüdo yeni lider seçildiyi zaman Baş nazir postunu tərk edəcəyini açıqlayıb.

Kanada Liberal Partiyasının liderinin seçilməsi prosesi isə martın 9-da baş tutacaq.

Partiyanın lideri seçiləcək şəxs həm də ölkənin Baş naziri postunu tutaraq hökumətə rəhbərlik edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Seçki  


Bizi "telegram"da izləyin