NATO ölkələri Ukraynaya tankların tədarükünü davam etdirəcək

2024/12/1733380185.jpg
Oxunub: 591     00:07     10 Yanvar 2025    
NATO ölkələri Ukraynaya tankların tədarükünü davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “TVP İnfo” telekanalının yayımladığı brifinqdə bildirib.

"Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukrayna üçün zirehli potensialın yaradılması üzrə koalisiyamızın yol xəritəsini və növbəti tranş haqqında məlumatı təqdim etdim. Bu görüşdə iştirak edən bütün ölkələr gələcək tədarüklərə hazırlaşır”, - nazir deyib.

Bundan əvvəl ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclasının açılışında bəyan edib ki, Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə qrupun iştirakçıları Kiyevlə hərbi əməkdaşlığın səkkiz istiqaməti üzrə "yol xəritələri"ni təsdiqləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin