Ostin: "Ukraynanın müttəfiqləri Ramşteyndə Kiyevə 2027-ci ilədək dəstək planlarını təsdiqləyiblər"

2024/01/1705642974.jpg
Oxunub: 508     17:18     09 Yanvar 2025    
Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə qrupun iştirakçıları Kiyevlə hərbi əməkdaşlığın səkkiz istiqaməti üzrə "yol xəritələri"ni təsdiqləyiblər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclasının açılışında ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

"Bu gün 15 ölkənin nümayəndələrinin iştirakı ilə koalisiya qrupunun liderlərinin iclası keçirilib. Onlar 2027-ci ilədək "imkanlar koalisiyası"nın yol xəritələrini təsdiqləyiblər. "İmkanlar koalisiyası" vasitəsilə tərəfdaş ölkələr Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını daha da təmin edə bilərlər", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ostin   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin