Əsəd rejimi çökəndən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

2024/12/939c3-1735620664.jpg
Oxunub: 626     16:01     09 Yanvar 2025    
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz ölkəsinə qayıdıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyədə 2 milyon 880 min suriyalı var.

"Onların ləyaqətli və təhlükəsiz qayıdışı davam edir. Geri qayıdanlardan 41 mini ailə, qalanları isə tək gedən şəxslərdir”, - o əlavə edib.

Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin