Finlandiya Rusiya ilə sərhədini bağlı saxlamaq qərarına gəlib

2025/01/1736399409.jpg
Oxunub: 364     05:49     09 Yanvar 2025    
Finlandiya şərqdən təhdid qiymətləndirməsi dəyişməz qaldığı üçün Rusiya ilə sərhədi bağlı saxlayacaq.

Ordu.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo partiya liderləri və parlamentdəki fraksiya rəhbərləri ilə məsələni müzakirə etdikdən sonra jurnalistlərə bildirib.

“Təəssüf ki, şərq sərhədinin təhlükəyə dair qiymətləndirməsi dəyişməz olaraq qalır, ona görə də biz sərhədi aça bilmirik”, - hökümət başçısı bildirib.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin