Finlandiya Rusiya sərhədi yaxınlığında təlimlərə başlayıb

2024/08/1724653633.jpg
Oxunub: 542     22:39     08 Yanvar 2025    
Finlandiya sərhədçiləri bu həftə və gələn həftə Rusiya ilə olan sərhədin mühafizəsi təlimlərini keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” televiziyası məlumat yayıb.

“Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədindəki sərhəd keçid məntəqələrində sərhəd mühafizəsi təlimləri təşkil edir”, - məlumatda deyilir.

Təlimlər İmatra, Nuiyamaa, Vaalimaa və Virolahti rayonlarında keçiriləcək.

Təlimlərə polis, gömrük, xilasetmə və müdafiə qüvvələrinin şəxsi heyətindən ümumilikdə 300-ə yaxın şəxs cəlb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin