Ordu.az xəbər verir ki, Türkiyə və Pakistan 8-ci Pak-Türk Sənaye Sərgisi Birgə İşçi Qrupunun toplantısında ikitərəfli layihələri müzakirə ediblər.
Toplantıda 32 qurum iştirak edib.
Türkiyə komandasına TUSAŞ-ın Baş direktoru Mehmet Demiroğlu rəhbərlik edib.
Görüşdə Türkiyə tərəfdən “Milsoft”, “Crypttech”, SDT, ASELSAN və HAVELSAN da iştirak edib. Pakistan tərəfi 23 şirkətlə görüşdə iştirak edib.
Məlumata görə, görüşlərdə iki mühüm əməkdaşlıq məsələsinə toxunulub. Bunlar TUSAŞ-in 5-ci nəsil “Kaan” döyüş təyyarəsinin Pakistana ixracıdır.
Helikopterin dizaynı və birgə istehsalının da gündəmdə olduğu qeyd edilib. Tərəflər helikopterin hansı məqsədlə istifadə olunacağını açıqlamayıblar.
Bu toplantı 2019-cu ildən etibarən biri Türkiyədə, digəri Pakistanda olmaqla, ildə iki dəfə keçirilir.
Sevinc Əliyeva
Ordu.az