Türkiyə ordusu Suriyada PKK yaraqlılarının dayaq məntəqəsinə zərbə endirib

2024/12/1734942262.jpg
Oxunub: 1758     11:34     08 Yanvar 2025    
Türkiyə hərbçiləri Suriyanın şimalında yaraqlıların dayaq məntəqələrinin yerləşdiyi Suluk yaşayış məntəqəsinə zərbə endiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, qəsəbənin cənub rayonları bombardman edilib.

Yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 32 yaraqlısını öldürüb.

Qeyd edək ki, Türkiyə 40 ildən artıqdır ki, PKK terrorçularına qarşı mübarizə aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   PKK  


Bizi "telegram"da izləyin