Britaniya yeni “Eurofighter” döyüş təyyarəsi sifarişinə hazırlaşır

2025/01/12671-1736320531.jpg
Oxunub: 490     17:45     14 Yanvar 2025    
Böyük Britaniya yeni “Eurofighter” döyüş təyyarəsi sifarişinə hazırlaşır.

Ordu.az xəbər verir ki, Britaniya İcmalar Palatasının son iclasında “Eurofighter Typhoon” döyüş təyyarələrinin yeni sifarişi ilə bağlı gözləntilər yenidən gündəmə gətirilib.

Bu kontekstdə Britaniyanın müdafiə tədarükü üzrə dövlət naziri Mariya İql hökumətin sifariş prosesində irəliləyiş əldə etdiyinə eyham vurub, lakin sifarişlə bağlı dəqiq bir tarix verməyib.

İcmalar Palatasında keçirilən iclasda Britaniyanın sonuncu “Eurofighter” döyüş təyyarəsi sifarişinin 2009-cu ildə olduğu vurğulanıb.

Müzakirə edilən məsələlər arasında bu döyüş təyyarələrinin Britaniyanın müdafiə qabiliyyətində mühüm rol oynaması, yeni sifarişlərin olmaması və istehsal boşluqları yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Eurofighter  


Bizi "telegram"da izləyin