İspaniya özünün ilk yerli taktiki PUA proqramı olan SIRTAP-da irəliləyiş əldə edib

2025/01/1736316687.jpg
Oxunub: 486     12:28     15 Yanvar 2025    
İspaniya Müdafiə Nazirliyi SIRTAP Proqramında əhəmiyyətli irəliləyiş əldə edildiyini və bunun İspaniyanın aviasiya innovasiyası üçün əlamətdar hadisə olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, SIRTAP İspaniyanın Sinif II/III kateqoriyasında tam yerli olaraq inkişaf etdirilən ilk hərbi aviasiya sistemi olacaq.

Həm Quru Qoşunlarının, həm də Aerokosmik Qüvvələrin taktiki imkanlarını təkmilləşdirmək üçün nəzərdə tutulan Pilotsuz Uçuş Aparatı (PUA) sərt mühitlərdə fəaliyyət göstərəcək.

PUA müxtəlif temperaturlar da daxil olmaqla, ekstremal hava şəraitinə davamlı olacaq, gecə və gündüz əməliyyatlarında qabaqcıl kəşfiyyat, müşahidə və aşkarlama (ISR) missiyaları üçün istifadə ediləcək.

7,3 metr uzunluğa, təqribən 2,5 metr hündürlüyə və 11,3 metr qanad genişliyinə malik olan SIRTAP PUA-sı 2000 kilometrdən çox mənzilə sahib olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   SIRTAP  


Bizi "telegram"da izləyin