Trampın xüsusi nümayəndəsi Qəzza zolağı ilə bağlı danışıqlarda iştirak edəcək

2025/01/1736313648.jpg
Oxunub: 429     09:19     08 Yanvar 2025    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin edilən Stiv Vitkoff Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəslə bağlı danışıqlara qatılacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.

Stiv Vitkoff Trampın mətbuat konfransında Qəzza ilə bağlı razılığın əldə olunması üçün aparılan danışıqlarda "böyük irəliləyiş əldə edildiyini" bildirib.

“Mən həqiqətən ümid edirəm ki, andiçmə mərasimində prezidentin adından elan edəcəyimiz yaxşı bir şey olacaq", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qəzza  


Bizi "telegram"da izləyin