Hakan Fidandan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq

2025/01/1736311691.jpg
Oxunub: 426     04:38     08 Yanvar 2025    
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK, YPG terrorçularına xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, o, bu barədə "CNN Türk"-ə müsahibəsində deyib.

Nazir söyləyib ki, terrorçular Suriyanı tərk etməlidir.

O bildirib ki, terrorçular Suriya, İraq üçün təhdiddir.

Diplomatın sözlərinə görə, Türkiyə terrorçuların ərazini tərk etməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib: "Əgər terrorçular ölkəni tərk etməsələr, hərbi əməliyyata başlaya bilərik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Suriya  


Bizi "telegram"da izləyin