Tramp Panama hakimiyyəti ilə Panama kanalı ilə bağlı danışıqlar aparır

2024/12/1734016588.jpg
Oxunub: 540     00:35     08 Yanvar 2025    
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o, artıq Panama kanalı ilə bağlı məsələni Panama hakimiyyəti ilə müzakirə edir.

Ordu.az-ın məlumatına görə, bu barədə D.Tramp Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında jurnalistlərə deyib.

"Hazırda onlarla [Panama hakimiyyəti] Panama kanalını müzakirə edirik", - deyə o bildirib.

Onun sözlərinə görə, Panama hakimiyyəti Panama kanalı ilə bağlı “müqavilənin hər bir bəndini” pozub və eyni zamanda Vaşinqtondan su yolunu təmir etmək üçün vəsait almaq istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Panama  


Bizi "telegram"da izləyin