Ordu.az-ın məlumatına görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Ankarada qubernatorlarla görüşü zamanı deyib.
"Bu ölkəyə [Suriyaya] 13 il ərzində dəymiş ziyan <�…> 500 milyard dolları ötüb. Suriyaya səfər edən komandalarımız yerdəki mənzərənin gözlənildiyindən qat-qat pis olduğunu bildirir. Suriyada onun infrastrukturunu kompleks şəkildə bərpa etmək lazımdır. Beynəlxalq ictimaiyyət bu prosesə mühüm töhfə verməlidir", - deyə Türkiyə prezidenti bildirib.
R.T.Ərdoğan həmçinin ölkəsinin Suriyanın yeni hakimiyyət orqanlarına hər cür dəstəyi verməyə hazır olduğunu və onunla mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətini açıqlayıb.
Ordu.az