Çad XİN başçısı Fransanı Afrika ölkələrinə qarşı alçaldıcı münasibətdə günahlandırıb

2025/01/1736262416.jpg
Oxunub: 437     18:32     07 Yanvar 2025    
Fransa liderləri afrikalılara hörmət etməyi öyrənməlidirlər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Çadın xarici işlər naziri Abderaman Kulamalla Fransa Prezidenti Emmanuel Makronun Saheldə terrorla mübarizədə göstərilən köməyə görə Afrika dövlətlərinin təşəkkür etməməsi barədə açıqlamasını şərh edərkən bildirib.

Kulamallanın sözlərinə görə, belə bəyanatlar Fransa liderinin Afrika və afrikalılara qarşı alçaldıcı münasibətini əks etdirir.

"Fransa liderləri Afrika xalqına hörmət etməyi öyrənməlidirlər", - XİN başçısı bildirib.

O əlavə edib ki, Fransa Çad ordusunu yaratmayıb və heç vaxt onun struktur inkişafına töhfə verməyib, əksinə, Çad xalqı tam suverenliyə və həqiqi müstəqilliyə can atır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Fransa  


Bizi "telegram"da izləyin