Lukaşenko hakimiyyəti yeni nəslə sakit və dinc şəkildə ötürmək istəyir

2025/01/1736249160.jpg
Oxunub: 510     15:19     07 Yanvar 2025    
Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyəti yeni nəslə sakit və dinc şəkildə ötürmək üçün hər şeyi etməyə hazır olduğunu bildirib.

Ordu.az BELTA-ya istinadən xəbər verir ki, Lukaşenko bunu Minsk vilayətinin Loqoysk şəhərindəki kilsəni ziyarət edərkən deyib.

O, eyni zamanda yeni hakimiyyət dövründə də yaşamağa ümid etdiyini bildirib.

"Mən uşaqlarımın necə yaşayacağını görmək istəyirəm. Mənim uşaqlarım - budur onlar (kilsədəki uşaqları göstərərək). Mən onların necə yaşayacağını görmək istəyirəm", - A.Lukaşenko qeyd edib.

Belarus Prezidenti əlavə edib ki, hakimiyyəti güclə saxlamağa çalışmır.

Qeyd edək ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin