Almaniyanın Rimbax şəhərində bankda azı bir nəfəri girov götürən şəxs saxlanılıb - YENİLƏNİB

2025/01/1736245322.jpg
Oxunub: 618     15:27     07 Yanvar 2025    
Almaniyanın Rimbax şəhərində banka daxil olaraq azı bir nəfəri girov götürən şəxs polis tərəfindən saxlanılıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis orqanı məlumat yayıb.

"Polis əməliyyatı başa çatıb. Cinayətkarı saxlamışıq. Onun girov götürdüyü şəxs bizim mühafizəmiz altındadır", - Cənubi Hessen polisinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Daha əvvəl bildirilmişdi ki, bir şəxs banka daxil olaraq azı bir nəfəri girov götürüb.

***

Almaniyada silahlı şəxs banka hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya polisi bildirib.

Məlumata görə, Rimbaxda silah şəxs banka daxil olaraq ən azı bir nəfəri girov götürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Silahlı-hücum  


Bizi "telegram"da izləyin