Fransanın Deputatlar Palatasının prezidenti Mayottaya səfər edəcək

2025/01/1736238403.jpg
Oxunub: 366     12:05     07 Yanvar 2025    
Fransanın Deputatlar Palatasının prezidenti Yael Braun-Pive yanvarın 9-11-də Mayottaya (Hind Okeanında Fransanın dənizaşırı ərazisi) səfər edəcək.

Ordu.az Fransa KİV-ə istinadən xəbər verir ki, səfərin məqsədi "Şido" qasırğasının nəticələri ilə tanış olmaq və qasırğadan ciddi zərər çəkmiş yerli əhalinin ehtiyaclarını qiymətləndirməkdir.

KİV qeyd edib ki, səfər Mayottada fövqəladə vəziyyət haqqında qanun layihəsi üzrə parlament müzakirələrinə hazırlıq, eləcə də cari ehtiyacların və görülən tədbirlərin qiymətləndirilməsi məqsədi daşıyır.

Məlumata görə, onu Fransa hökumətinin gördüyü tədbirlərə tənqidi yanaşan Mayottadan olan parlament üzvü Estel Yusufa müşayiət edəcək.

Xatırladaq ki, dekabrın 14-də Fransanın Hind okeanındakı Mayotta adasında tüğyan edən “Şido” qasırğası qurbanlarının sayı təxminən 40 nəfərə çatıb. Qasırğa zamanı küləyin sürəti saniyədə 55 metri ötüb. Fransa prezidenti Emmanuel Makron Mayottaya səfəri zamanı yerli əhali tərəfindən tənqidə məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Mayott  


Bizi "telegram"da izləyin