Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“Ordumuzun ehtiyaclarını qarşılamaq və müdafiə sənayesini gücləndirmək üçün bütün dövrlərin ən yüksək büdcəsinə sahibik. Bu istiqamətdə biz 2025-ci il ərzində Ukrayna ərazisindəki obyektlərdə ən azı 30 min uzun mənzilli PUA və təxminən 3 min qanadlı raket istehsal edəcəyik”, - deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, silah və hərbi texnikanın dəyəri ən azı 739 milyard UAH təşkil edəcək və yerli müdafiə sənayesi müəssisələrinin planlarına cari istehsal gücünün 30 milyard dollara çatdırılmasını ehtiva edir.
Şmıqal həmçinin bildirib ki, Ukrayna tərəfdaşların Ukrayna ordusunun ehtiyacları üçün Ukrayna müdafiə sənayesindən silah alması məqsədilə “Danimarka modeli” hazırlayacaq. 2025-ci ildə bu proqram üçün 1 milyard dollardan çox vəsaitin toplanması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az