Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi analitik Konstantin Simonov deyib.
Onun sözlərinə görə, əvvəlki iki il ərzində bütün dünya yeni dünya düzəninin fəal şəkildə formalaşmasının başlanmasının şahidi olub, bu, bəlkə də 2025-ci ildə daha intensiv davam edəcək.
Simonov qeyd edib ki, Tramp administrasiyası yanvarda fəaliyyətə başlayacaq və bu, beynəlxalq münasibətlərin gələcək inkişafı üçün mühüm hadisədir.
“ABŞ-nin yeni seçilmiş prezidenti artıq Ukrayna məsələsində irəliləyiş olan sülhə nail olmağa çalışacağını bəyan edib. Hələlik Trampın hansı yolu tutacağı bəlli deyil, Rusiyaya qarşı kompromis, yoxsa təzyiq siyasəti olacağı bilinmir”, - deyə Simonov bildirib.
O əlavə edib ki, 2025-ci ildə qlobal inkişafın vektoru dəyişəcək, lakin keçid mərhələsi davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az