Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Viktor Soğomyan deyib.
“Əgər region uğrunda döyüşdə Rusiya qalib gəlsə və bu region postsovet Rusiya supergücünün təsiri altında qalsa, biz aşağıdakıları qeyd edə bilərik: Ermənistan KTMT-dən, AİB-dən çıxa bilər, amma regiondan çıxa bilməz. Region bizi həm KTMT-yə, həm də AİB-ə qayıtmağa məcbur edəcək. Bu baxımdan biz sadə vəziyyətə düşdük, bunu Gürcüstan da, Azərbaycan da anlayıb. Bizdə belə bir düşüncə var ki, KTMT-dən çıxacağıq. Hara çıxacağıq?”, - deyə o qeyd edib.
Soğomyan bildirib ki, Ermənistan regionu tərk etsə, geri qayıda bilməz.
“Regionu tərk etsək, geri qayıtmayacağıq. Sadəcə gedib məskunlaşmağa başqa dünya yoxdur”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az