Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Radar və sensor istehsalçısı “Hensoldt” şirkətinin Baş direktoru Oliver Dörre ABŞ-dəki xarici müdafiə podratçılarının Donald Trumpın seçkilərdə qələbəsindən sonra yerli tədarük məsələsində artan təzyiqlə üzləşdiyini və bunun onları amerikalı rəqibləri ilə ortaq olmağa sövq etdiyini deyib.
Radar istehsal edən şirkətin rəhbəri qeyd edib ki, Avropa İttifaqı (Aİ) azad ticarət qaydalarından yan keçmək və regionun müdafiə infrastrukturunu gücləndirmək üçün mövcud qanunlardan istifadə edə bilər.
O bildirib ki, Almaniyanın müdafiə qrupları amerikalı həmkarları ilə güclü tərəfdaşlıq əlaqələri qurublar və bu, həm ABŞ, həm də Avropada satışların artmasına kömək edəcək.
“Hensoldt” şirkətinin Baş direktoru vurğulayıb ki, Aİ müdafiə sənayesində yerli şirkətlərə diqqət yetirməlidir.
Sevinc Əliyeva
Ordu.az