Ordu.az xəbər verir ki, İsrail hökuməti Müdafiə Nazirliyində SZ və avtonomluq sahələrində texnologiyanın inkişafına nəzarət etmək vəzifəsi daşıyan yeni ofis qurduğunu açıqlayıb.
“Defense News”un xəbərinə görə, Süni Zəka və Avtonomluq İdarəsi adlanan bölmə ölkənin hərbi texnologiya ekosistemində mühüm oyunçu olan Müdafiə Araşdırma və İnkişaf Etdirmə Müdirliyinin himayəsində fəaliyyət göstərəcək.
Rəsmilər bildiriblər ki, məqsəd İsrail Müdafiə Qüvvələrinin Yaxın Şərqdə əməliyyat üstünlüyünü qorumaq üçün bütün hərbi bölmələrin döyüş qabiliyyətini artırmaqdır.
Əsas diqqəti SZ və avtonomluğa yönəldən bölmə İsrailin bir ildən artıqdır ki, HƏMAS və “Hizbullah”a qarşı paralel olaraq bir çox cəbhədə döyüşdüyü dövrə təsadüf edir.
Sevinc Əliyeva
Ordu.az