Əsəddən sonra 35 mindən çox qaçqın Türkiyədən Suriyaya qayıdıb

2024/12/939c3-1735620664.jpg
Oxunub: 2399     01:10     31 Dekabr 2024    
Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya NTV telekanalının efirində bildirib.

“Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, - deyə o bildirib.

O, həmçinin Türkiyənin Dəməşqdəki səfirliyində qaçqınlarla iş üzrə nümayəndəliyin açılmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin