Yunanıstan Ukraynaya 24 ədəd RIM-7 “Sea Sparrow” HHM raketi hədiyyə edəcək

2024/12/2024--1735375690.jpg
Oxunub: 559     14:58     28 Dekabr 2024    
Yunanıstan Ukrayna Silahlı Qüvvələrinə ümumilikdə 24 ədəd RIM-7 “Sea Sparrow” Hava Hücumundan Müdafiə (HHM) raketi hədiyyə edəcək.

Ordu.az xəbər verir ki, Yunanıstanda yerləşən “Kathimerini” Yunanıstan hökumətinin Ukrayna Silahlı Qüvvələrinə ümumilikdə 24 ədəd RIM-7 “Sea Sparrow” HHM raketi bağışlamağa qərar verdiyini bildirib.

Xəbərdə raketlərin əməliyyat baxımından zəruri sayılmadığı bildirilib.

“Defence Review GR”nin xəbərinə görə, Ukrayna ötən il Rusiya istehsalı olan “Buk-M1” HHM sistemləri ilə birlikdə ABŞ istehsalı RIM-7 “Sea Sparrow” raketlərindən istifadə etməyə başlayıb.

Ötən il “Radio NV”yə açıqlama verən Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat ölkəyə məxsus Rusiya istehsalı olan “Buk-M1” HHM sistemlərinin dəyişdirildiyini və artıq “Sea Sparrow” raketlərindən istifadə oluna biləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ukrayna  


Bizi "telegram"da izləyin