Danimarka Ukraynaya 303 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb

2024/12/1735370751.jpg
Oxunub: 434     13:41     28 Dekabr 2024    
Danimarka Ukraynanın Hava Hücumundan Müdafiəsini (HHM) gücləndirmək üçün 2,1 milyard Danimarka kronu (303 milyon dollar) dəyərində 23-cü hərbi yardım paketini açıqlayıb.

Ordu.az xəbər verir ki, ianəyə Ukrayna F-16 təyyarələrinin texniki qulluğunun maliyyələşdirilməsi də daxildir.

Danimarka hökuməti yardımın beynəlxalq tərəfdaşlar, o cümlədən Ukrayna Fondundan və Avropa Sülh Fondundan köçürmələr vasitəsilə təmin ediləcəyini açıqlayıb.

Bundan əlavə, Skandinaviya ölkəsi NATO-nun Ukraynaya yardımını dəstəkləmək üçün personal göndərəcək və Aİ-nin Kiyevə hərbi dəstək missiyasında iştirak edən danimarkalı personalı maliyyələşdirəcək.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib ki, Ukraynanın ən təcili ehtiyaclarından biri özünü Rusiya raketləri və pilotsuz uçuş aparatlarından müdafiə etməkdir.

“Buna görə də HHM-ə daha çox prioritet verdik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin