Ukraynanın ATACMS ehtiyatı tükənmək üzrədir

2024/12/1735369569.jpg
Oxunub: 445     13:10     28 Dekabr 2024    
Ukraynanın ABŞ-dən aldığı uzun mənzilli Ordu Taktiki Raket Sistemlərinin (ATACMS) ehtiyatları getdikcə azalır.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” (NYT) ABŞ-nin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

ATACMS-lər 300 kilometrə (təxminən 186 mil) qədər uça bilən uzun mənzilli ballistik raketlərdir.

ABŞ 2024-cü ilin noyabrında Ukraynanın ATACMS-dən istifadəsinə qoyulan məhdudiyyətləri yüngülləşdirib və Kiyevə onları Rusiyadakı hərbi hədəflərə qarşı buraxmağa icazə verib.

NYT-nin məlumatına görə, Ukrayna bu silahların tədarükünün azalması və ABŞ-nin siyasətində mümkün dəyişikliklər səbəbindən bu hücumları məhdudlaşdırır.

NYT-yə danışan və adının çəkilməsini istəməyən iki yüksək dərəcəli ABŞ rəsmisi ölkə prezidenti Co Baydenin Kiyevə Rusiya ərazisinə ATACMS atması üçün “yaşıl işıq” yandırdığı dövrdə Ukraynanın çox güman ki, arsenalında cəmi 50 raket qaldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ATACMS  


Bizi "telegram"da izləyin