Fransa Çaddakı hərbi bazasını boşaldıb

2024/12/1735369527.jpg
Oxunub: 456     16:04     28 Dekabr 2024    
Fransa və Çad arasında əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra Paris hökuməti Çaddakı “Faya” hərbi bazasını boşaldıb.

Ordu.az xəbər verir ki, Fransa Baş Qərargahının “X” hesabında verilən açıqlamada Çadda olan Fransa hərbi qulluqçularının təxliyyəsinin davam etdiyi qeyd olunur.

Çadda Fransa həbi qulluqçularının yerləşdiyi “Faya” hərbi bazası Çad ordusuna qaytarılıb.

Çad hökuməti müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə noyabrın 28-də Fransa ilə imzalanmış müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.

Çad səlahiyyətliləri ölkədəki 1000 Fransa hərbi qulluqçusunun çıxarılması prosesinin yanvarın 31-nə qədər tamamlanmasını tələb etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Çad  


Bizi "telegram"da izləyin