Ordu.az xəbər verir ki, bu addım Türkiyə-Yunanıstan hava balansını yenidən bərabərləşdirəcək strateji addım kimi qiymətləndirilir.
“Meteor” raketləri müasir hava döyüşünün ən kritik ehtiyaclarından biri kimi seçilir. Bu raketlər yüksək sürəti və geniş “Qaçış Yoxdur Bölgəsi” (No-Escape Zone) xüsusiyyətləri ilə seçilir.
Məlumata görə, raketlərin verilməsi ilə Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələrinin tam gücü effektiv şəkildə istifadə oluna biləcək.
Əvvəllər bu reaktivlər aşağı radara görünmə qabiliyyəti və uzun məsafədən hava hədəfinin aşkarlanması kimi üstün imkanlar təklif edirdi, lakin düşmənin zərərsizləşdirilməsində xeyli çatışmazlıq var idi. “Meteor” raketləri bu çatışmazlığı aradan qaldırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az