ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini təsdiq edəcək

2024/12/1735362771.jpg
Oxunub: 803     01:21     28 Dekabr 2024    
ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini təsdiq edəcək.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, yeni hərbi yardım paketinə nələrin daxil olduğunu açıqlamayıb.

C.Kirbi həmçinin qeyd edib ki, son bir həftə ərzində Kursk bölgəsində Şimali Koreyanın 1 000-dən çox hərbçisi ölüb və ya yaralanıb: "Rusiya və Şimali Koreya həmin hərbçiləri ümidsiz hücumlara göndərirlər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin