Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

2024/05/6638d-1715001211.jpg
Oxunub: 457     00:23     28 Dekabr 2024    
Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər kimsə Slovakiyada sülh danışıqlarını təşkil etmək istəsə, o zaman biz hazır və qonaqpərvər olacağıq", - R.Fiko bildirib.

Slovakiya hökuməti başçısının sözlərinə görə, Bratislava istənilən səviyyədə Rusiya-Ukrayna müharibəsi ilə bağı sülhə dair danışıqları qəbul etməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl Slovakiyanın xarici işlər naziri Yuraj Blanar Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəsinin sülh yolu ilə həlli üzrə danışıqların bir hissəsinin Bratislavada keçirilməsinin mümkünlüyü barədə sözlərinin müsbət siqnal olduğunu bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Ukrayna  


Bizi "telegram"da izləyin