Fitso Ukraynaya enerji tədarükünü dayandırmağa hazır olduğunu açıqlayıb

2024/05/1717139552.jpg
Oxunub: 497     23:14     27 Dekabr 2024    
Slovakiyanın Baş naziri Robert Fitso cavab tədbiri olaraq Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, hökümət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşdığı videomüraciətdə bildirib.

“Yanvarın 1-dən sonra vəziyyəti və Ukraynaya qarşı qarşılıqlı tədbirlər variantlarını dəyərləndirəcəyik. Əgər bu qaçılmaz olarsa, biz elektrik enerjisinin verilməsini dayandıracağıq”, - Baş nazir vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fitsonu yalnız Rusiyanın enerji resursları ilə maraqlanmaqda və Avropanın Amerika qazından imtinasını təşviq etməkdə ittiham etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fitso   Ukrayna  


Bizi "telegram"da izləyin