Almaniya kansleri: "Rusiya Ukraynada bütün məsələlərdə uduzdu"

2024/12/1735314776.jpg
Oxunub: 491     19:34     27 Dekabr 2024    
Rusiya Ukraynada bütün məsələlərdə uduzdu.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "t-online" portalına müsahibəsində deyib.

O, Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaqə saxlamağa hazır olduğunu bildirib.

"Rusiyanı Avropanın Ukraynaya dəstəyini davam etdirəcəyinə inandırmışıq", - kansler vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Şolts  


Bizi "telegram"da izləyin