Türkiyə Suriyada qətiyyətini qoruyur

2024/12/2024--1735292896.jpg
Oxunub: 383     14:47     27 Dekabr 2024    
Türkiyə Suriyadakı son hadisələrdən sonra ərazi bütövlüyü, sülh və terrorla mübarizədə qətiyyətli mövqe tutmağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat konfransında mövzu ilə bağlı verilən açıqlamada qeyd olunub.

“Qaranlıq bir dövrdən sonra yeni səhifənin açıldığı Suriyada sülh, əmin-amanlıq və sabitliyə doğru atılan addımları dəstəkləyir, cənub qonşumuzun ərazi bütövlüyünün və unitar quruluşunun qorunmalı olduğunu bildiririk. Bu kontekstdə Suriyadakı yeni administrasiyanın vahid ordu çağırışını və səylərini dəstəklədiyimizi, terrorla mübarizədə Suriya rəhbərliyi ilə birlikdə işləməyə hazır olduğumuzu, Suriyanın və bölgəmizin gələcəyində İŞİD, PKK/YPG və onların uzantıları da daxil olmaqla, heç bir terror təşkilatına yer olmadığını və onlara imkan verməyəcəyimizi bir daha vurğulayırıq. Suriyalıların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtmalarını təmin etmək üçün səylərimizi davam etdirəcəyik, indiyə qədər etdiyimiz kimi Suriya xalqının yanında olmağa davam edəcəyik”, - deyə açıqlamada bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin