Suriya təhlükəsizlik qüvvələri Həmada keçmiş hökümət tərəfdarlarının qərargahını ələ keçirib

2024/12/1734807558.jpg
Oxunub: 680     09:02     27 Dekabr 2024    
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Həma şəhəri və ətraflarında keçmiş hökümətin tərəfdarlarına qarşı əməliyyat keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri silahlı qrupların qərargahını və polis patrullarına hücum etmək məqsədilə istifadə edilən bir neçə mövqeni ələ keçirib.

Yerli hakimiyyət orqanlarının yaydığı bəyanatda keçmiş hökümət tərəfdarlarının şəhərdə sabitliyi pozmaq üçün vətəndaşları qorxutduğu, təxribat və cinayətlər törətdiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma  


Bizi "telegram"da izləyin