JPost: Trampın andiçmə mərasiminədək Qəzza ilə bağlı sazişin bağlanması ehtimalı azdır

2024/12/1735272566.jpg
Oxunub: 302     05:29     27 Dekabr 2024    
Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi və Fələstin anklavında atəşkəs barədə razılaşmanın ABŞ-nin seçilmiş prezidenti Donald Trampın 20 yanvar 2025-ci il tarixində keçiriləcək andiçmə mərasiminə qədər əldə edilməsi ehtimalı azdır.

Ordu.az xəbər verir ki, “The Jerusalem Post” qəzeti adı açıqlanmayan İsrail və Amerika rəsmilərinə istinadən belə bir bəyanatla çıxış edib.

Nəşr danışıqların gedişatından məlumatlı olan mənbəyinə istinadən bildirir ki, tərəflər arasında "hələ də fikir ayrılıqları qalır", lakin məsləhətləşmələr davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qəzza  


Bizi "telegram"da izləyin