Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün MDB və Avrasiya İqtisadi İttifaqının iclaslarının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Putin deyib ki, Bayden ona Ukraynanın NATO-ya qəbulunu təxirə salmağı hələ 2021-ci ildə təklif edib.
Putin Rusiyanın öz ərazisinə edilən hücumlara həmişə cavab verəcəyini söyləyib.
"Lazım gələrsə, Rusiya Federasiyası yenidən Oreşnikdən istifadə edə bilər, lakin o, tələsmir", - deyə o vurğulayıb.
Putin bildirib ki, “Oreşnik” raket sistemlərinin sayı çox deyil, lakin onlar mövcuddur: "Daha güclü orta mənzilli silahlardan istifadə etmək zərurəti yaranarsa, biz onlardan istifadə edəcəyik".
Ordu.az