Ukraynalı pilotlar “Mirage” 2000-5F təyyarələri üçün hazırdırlar

2024/12/1735204519.jpg
Oxunub: 579     14:14     26 Dekabr 2024    
Fransa ukraynalı pilotların və yerüstü ekipajların “Dassault Mirage” 2000-5F döyüş təyyarələri üçün altı aylıq təlimini başa çatdırıb.

Ordu.az xəbər verir ki, “Interfax” məlumat yayıb.

Verilən açıqlamada qeyd olunub ki, 6 aydan sonra ukraynalı pilot və texniklərin “Mirage” 2000-5F təlimi başa çatıb.

Məlum olduğu kimi, noyabrda Fransanın Ukraynadakı səfiri Qael Veyssier Fransa istehsalı “Dassault Mirage” 2000-5F döyüş təyyarələrinin 2025-ci ilin əvvəlində Ukraynaya təhvil veriləcəyini təsdiqləyib.

Səfir neçə təyyarənin təhvil verilə biləcəyini açıqlamayıb və bunun səlahiyyətli orqanlar tərəfindən açıqlanmasının lazım olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Mirage  


Bizi "telegram"da izləyin