Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Verilən açıqlamaya görə, bu əməkdaşlıq texnologiyaları Rusiya hərbi texnikasında aşkarlanan xarici şirkətlərə qarşı sanksiyaları gücləndirməyi hədəfləyir.
Ukraynalı hərbi ekspertlər ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttiş İdarəsi ilə birgə təhlükəsizlik yardımına nəzarət etmək və sanksiyaların pozulması hallarını aradan qaldırmaq üçün sistemli yanaşma yaradıblar.
Ukrayna Silahlı Qüvvələrinin istintaq orqanı bu yaxınlarda keçirilən iclasda Rusiya silahlarında aşkar edilən, idxal olunan elektron avadanlıqların dərin təhlilini ABŞ Baş Müfəttişlik İdarəsinin Cinayət Axtarış Xidmətinə təqdim edib.
Təhlil “Orlan-10” da daxil olmaqla, aşağıdakı kimi xarici istehsal komponentlərini ehtiva edən Rusiyanın kəşfiyyat tipli pilotsuz uçuş aparatlarına diqqət yetirib:
- Hədəfləmə sistemləri
- Naviqasiya modulları
- Nəzarət blokları
- Hesablama cihazları
Ukrayna fotoşəkillər, seriya nömrələri, mənşə ölkələr və istehsalçı adları daxil olmaqla, geniş sənədlər təqdim edib. Bu məlumat Qərb texnologiyalarının Rusiyanın hərbi təchizatına sistemli inteqrasiyasını vurğulayır.
Sevinc Əliyeva
Ordu.az