Şimali Koreya hərbçilərinin Rusiya-Ukrayna münaqişəsində iştirakı müzakirə edilib

2024/12/1735190494.jpg
Oxunub: 422     09:09     26 Dekabr 2024    
Yaponiyanın baş naziri Şiqeru İsiba ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsiba bildirib ki, Yaponiya Kiyevə ardıcıl və qətiyyətlə yardımı və Rusiyaya qarşı sanksiyaları təşviq edir. Bundan əlavə, o, ölkənin tezliklə ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna ilə əməkdaşlığı davam etdirmək niyyətini açıqlayıb.

Zelenski Yaponiyanın baş nazirinə köməyə görə təşəkkür edib və cəbhədəki vəziyyətdən danışıb. Tərəflər Şimali Koreya hərbçilərinin Rusiya-Ukrayna münaqişəsində iştirakı mövzusunu da müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin