Suriyada pusquya düşən keçid hökumətin 14 döyüşçüsü həlak olub

2024/12/1735190289.jpg
Oxunub: 484     06:11     26 Dekabr 2024    
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində Tartus şəhəri (Dəməşqdən 220 km aralı) və onun ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən pusquya düşüb, 14 döyüşçü öldürülüb.

Ordu.az-ın məlumatına görə, bunu SANA agentliyinə ölkənin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman deyib.

Onun sözlərinə görə, atışmada Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı yaralanıb. O vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Pusqu  


Bizi "telegram"da izləyin