Moskvada müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktının qarşısı alınıb

2024/12/1735111451.jpg
Oxunub: 309     09:58     25 Dekabr 2024    
Moskva vilayətində Ukrayna xüsusi xidmət orqanlarının müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktı təşkil etmək cəhdinin qarşısı alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Moskva vilayətində terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər əvvəllər Ukraynadan olan telefon fırıldaqçılarına kömək ediblər.

Qeyd olunub ki, saxlanılan şəxslər müdafiə müəssisəsi rəhbərinin avtomobilini partlatmağa hazırlaşdıqlarını etiraf ediblər. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən isə bildirilib ki, hərbi sənaye kompleksi müəssisəsinin rəhbərinə qarşı terror aktı planlaşdırdıqları üçün saxlanılan şəxslərə 1 milyon rubl veriləcəyi vəd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   MN   Terror  


Bizi "telegram"da izləyin