Tramp Türkiyənin istəklərini qəbul edəcəkmi?

2024/12/1735108379.jpg
Oxunub: 582     17:38     28 Dekabr 2024    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşündən evə qayıdarkən jurnalistlərə müsahibə verib.

Müsahibənin əsas mesajı odur ki, inkişaf etməkdə olan İslam ölkələri coğrafi olaraq Afrikadan Asiya-Sakit okean regionuna yayılır və Ankara bu strateji xətt boyunca daha da güclənməlidir.

Türkiyə prezidenti Qahirədə etdiyi çıxışında İslam ölkələri qarşısında hər cəhətdən çətin olan tələb qoyub: İsrailə silah embarqosunun həyata keçirilməsinə, yəhudi dövlətinin beynəlxalq təcridinə nail olmaq.

Əslində Türkiyə prezidentinin təşəbbüslərinin əsl ünvançısı ABŞ-dir. Dekabrın 20-də ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lifin başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gedib. “Anadolu” bildirir ki, yüksək dərəcəli amerikalı diplomat “Heyət Təhrir əş-Şam” (HTŞ) təşkilatının nümayəndələri ilə görüşlər keçirib və ABŞ-nin İordaniyadakı müttəfiqləri ilə razılaşdığı Suriya nizamlanması prinsiplərini təqdim edib.

ABŞ ilə Suriyanın yeni hakimiyyəti arasında baş tutan danışıqlarından başqa təfərrüatlar məlum deyil. Türkiyə Müdafiə Nazirliyinin bəyanatından ümumi vəziyyətlə bağlı təsəvvür əldə etmək olar. Sözügedən bəyanat ABŞ Dövlət Departamentinin nümayəndəsinin türkiyəyönlü qüvvələr və PKK-YPG strukturları arasında atəşkəs razılaşması barədə inandırmasını təkzib edir.

Görünür, ABŞ HTŞ-nin lideri Culani ilə razılığa gəlməyə çalışsa da, Suriyanın şimalında yaradılmış “Suriya Azadlıq Ordusu”nun komandanlığı YPG ilə atəşkəs təklifini rədd edib. Daha öncə “Turkgazetesi” bildirib ki, “YPG komandiri” Mazlum Qərb mediasının KİV-lərinə atəşkəs əldə olunarsa, YPG yaraqlılarının Suriyanı tərk edəcəklərini bildirib.

Görünür, Kobani bölgəsində ABŞ hərbi qulluqçularının sayının iki dəfə artması Türkiyə tərəfi üçün sürpriz olub. Mənbələr bildirir ki, ABŞ Hərbi Hava Qüvvələri son iki həftə ərzində daim kəşfiyyat uçuşları həyata keçirir. Ankara bunu Suriyanın şimal-şərqindəki YPG-yə açıq dəstək hesab edir. ABŞ-nin yeni administrasiyası nə qərar verəcək? Türkiyə strateji baxımdan daha da güclənəcəkmi?

Görünür, Türkiyənin Qafqaz siyasəti də Tramp administrasiyası ilə bu və bir çox başqa sualların cavabına sahib olub-olmamaqla şərtlənəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qafqaz   Tramp  


Bizi "telegram"da izləyin