Bazanı boşaltmaq üçün Suriyaya gedən Rusiya gəmisi batıb

2024/12/3d166-1735107021.jpg
Oxunub: 486     12:39     26 Dekabr 2024    
Bazanı boşaltmaq üçün Suriyaya gedən Rusiya gəmisi İspaniya sahillərində batıb.

Ordu.az xəbər verir ki, Rusiyanın “Ursa Major” yük gəmisi Aralıq dənizində İspaniyanın Aqilas və Əlcəzairin Oran şəhərləri arasında baş verən partlayışdan sonra batıb.

Məlumata görə, dekabrın 23-ü bazar ertəsi saat 12:30 radələrində gəmidə partlayış baş verib və nəticədə gəmi aşıb.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı səhər “Telegram” vasitəsilə verdiyi açıqlamada qeyd edib ki, Rusiyanın “Ursa Major” quru yük gəmisi Aralıq dənizinin beynəlxalq sularında mühərrik sistemlərinin yerləşdiyi yerdə baş verən partlayış nəticəsində batıb.

Bildirilib ki, 16 ekipaj üzvündən 14-ü xilas edilib, 2-si isə itkin düşüb.

Əvvəlcə bölgədə fəaliyyət göstərən bir neçə balıqçı gəmisi xilasetmə işlərinə dəstək verib, daha sonra İspaniya Dəniz Xilasetmə Xidmətinin mütəxəssisləri də qoşulub.

“Ursa Major” Sankt-Peterburqdan Vladivostoka gedirdi. Gəmi dekabrın 11-də yola düşüb və yanvarın 22-də çatmalı idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya  


Bizi "telegram"da izləyin