Suriyada Əsədin ailə üzvlərinin adını daşıyan xəstəxanaların adları dəyişdirilir

2024/12/36663-1735103461.jpg
Oxunub: 374     09:44     25 Dekabr 2024    
Suriyanın keçid hökumətinin Səhiyyə Nazirliyi ölkənin müxtəlif bölgələrində əvvəllər devrilmiş prezident Bəşər Əsədin və ailə üzvlərinin adını daşıyan 15 xəstəxananın adlarını dəyişdirməklə bağlı qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “əl-Vatan” qəzeti məlumat yayıb.

Ad dəyişikliyi ölkənin ən böyük şəhərlərində - Hələb, Dəməşq, Deyr əz-Zor, Latakiya, Tartus, Həma, Homs və bir sıra digər şəhərlərdəki xəstəxanalara aiddir.

Onların bəziləri hələ də 1994-cü ilin yanvarında avtomobil qəzasında həlak olan Bəşər Əsədin qardaşı Basilin adını daşıyırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əsəd  


Bizi "telegram"da izləyin