Kreml: Kiyev danışıqlara hazır deyil

2024/12/1734720321.jpg
Oxunub: 500     13:55     24 Dekabr 2024    
Kiyev Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə hazır deyil.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya danışıqlara hazırdır.

"Ukraynanın danışıqlara hazır olması ilə bağlı heç bir irəliləyiş yoxdur. Moskva Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həllinə açıqdır, lakin Kiyev buna hazır deyil.

Ukraynanın danışıqlara hazır olması ilə bağlı hələlik irəliləyiş olmadığı üçün əməliyyatımızı davam etdiririk. Biz dinamikanı görürük, dinamika öz sözünü deyir: biz irəliləyirik", - deyə Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin