Cənubi Koreya: Ukrayna müharibəsində 1000-dən çox Şimali Koreya hərbi qulluqçusu ölüb

2024/12/1735028828.jpg
Oxunub: 590     16:32     25 Dekabr 2024    
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 1100-dən çox Şimali Koreya hərbi qulluqçusu ölüb və ya yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada qeyd edilib.

AFP-nin verdiyi məlumata görə, Cənubi Koreya Baş Qərargahının rəsmisi bildirib: “Ukrayna qüvvələrinə qarşı son döyüşlərdə iştirak edən təxminən 1100 Şimali Koreya hərbi qulluqçusunun öldürüldüyünü və ya yaralandığını təxmin edirik”.

ABŞ və Cənubi Koreya rəsmiləri müharibədə kömək üçün Rusiyaya 10 mindən çox Şimali Koreya hərbi qulluqçusunun göndərildiyini bəyan edib.

Pxenyan, həmçinin 10 mindən çox konteyner artilleriya mərmiləri və tank əleyhinə raketlər, habelə avtomatik haubitsalar və yaylım atəşli reaktiv sistemlər göndərib. Amma nə Şimali Koreya, nə də Rusiya qoşun yeridilməsini və ya silah tədarükünü rəsmən etiraf etməyib.

Ukraynanın yüksək rütbəli ordu komandiri Rusiyanın Kursk bölgəsində Şimali Koreya qüvvələrindən geniş istifadə etdiyini və bu qüvvələrin böyük itki verdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Ukrayna  


Bizi "telegram"da izləyin