Ordu.az xəbər verir ki, son komitə iclaslarında təxminən 21 milyard avro dəyərində bir çox hərbi satınalma layihəsi Almaniya parlamenti (Bundestaq) tərəfindən təsdiqlənib.
Almaniya HDQ üçün əsas qərar 4 əlavə “Type” 212CD sualtı qayığının alınması ilə bağlı olub.
“Type” 212 CD sualtı qayığı Almaniya və Norveçin sualtı qayıq parklarını modernləşdirmək üçün birgə əməkdaşlığı çərçivəsində istehsal olunur.
Daha əvvəl 4 sualtı qayıq sifariş edən Norveç bu ədədi 6-ya çatdırmaq istədiyini bildirərkən, Almaniyadan gələn bu yeni sifarişlə hər iki ölkənin parklarına ümumilikdə 12 ədəd “Type” 212CD sualtı qayığının daxil edilməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az