Ordu.az-ın məlumatına görə, bu barədə baş nazir "BFMTV" televiziya kanalına bildirib.
"Əminəm ki, sizə izah etdiyim hərəkətlər və hökumət komandası bizə hər hansı bir etimadın göstərilməməsinə gətirib çıxarmıyacaq", - deyə o qeyd edib.
Eyni zamanda, baş nazir qanun layihələrinin parlament tərəfindən təsdiqindən yan keçməyə imkan verən qanunların qəbulu üçün Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməməyə söz verib. Lakin o, Barnye hökumətinə etimadsızlıq səsverməsi səbəbindən qəbul olunmamış qalan 2025-ci il büdcəsinin təsdiqi ilə bağlı sual yaranarsa, bu maddədən son çarə kimi istifadə edə biləcəyini açıqladı.
Ordu.az